B.R.I.O. - “ Brilliant realities under observation”( Görkəmli əsərlər nəzarət altında) assosiasiyasının memorandumu ve maddələri
Maddələr
Maddə1.Assosiasiyanın rəsmi ofisi Kalvi şəhərində(BN) yerləşir. B.R.İ.O assosiyasiyasi qeyri-ticarət, qeyri-siyasi, müstəqil və pluralizm, mədəniyyətlərarasi yönəlmiş bir təşkilatdı.Assosiasiya qeyri-məhdud zamana yaradılıb.Assosiasiyanın gələcək mərkəzləri Neapol ve Termoli (SB) ola bilər.Assosiasiya üzvləri ehtiyac olsa iclasda bəyənilmiş İdarə heyətinin qətnaməsinə əsasən Baş ofisin yerini dəyişə bilər.
Maddə 2. Assosiasiyanın məqsədi müxtəlif mədəniyyətləri ( o cümlədən “ikinci dərəcəli”) birləşdirən biliklərə, hadisələrə yardım etmək, Avropa və Avropadan xaric olan sosial reallıqlara, humanist ve sosial elm sahələrində öyrənilmə, tədqiqat və eksperimental yaxşılaşdırma yollları ilə maddi ve qeyri-maddi mədəniyyətin qorunması, saxlanılması.Bu məqsədlərə nail olmaq üçün assosiasiya aşağıdakı tədbirləri keçirməyi planlaşdırır:
1. mədəni və ənənəvi elementlərin qeyd olunma və qiymətləndirilməsi məqsədi ilə bayram hadisələrini və onunla bağlı olan amillərin analizi ;
2. fərqlərin və spesifik xüsusiyyətlərin iclaslarda bərpası və öyrənilməsi;
3. yerli ənənələrin bərpası və sənədli tədqiqi;
4. ictimai avtoritetlərdən, həmçinin məşğulluq üzrə yeni qanuna əsasən( maddə 10) ictimai və fərdi şəxslərdən licensiyaların alınması; sənədlərin hazırlanması ya da Avropa İttifaqına,yerli yurisdiksiyası olan reqion və əyalətlərə təkliflərin təqdim edilməsi, seçilmiş sahələrin inkişaf planlarının hazırlanması;
5. bilikli ixtisasçıların təklif edilməsi, ictimai elmlərin öyrənilməsi ilə məşğul olan avtoritet və təşkilatlarla əməkdaşlıq, həmçinin kooperativ və təşkilatlarla;
6. muzeylərə, kitabxanalara, multimedia mərkəzlərə idarəçilik, bilikli avtoritetlərin etibarnaməsinə əsaslanaraq bədii məmulatlarla təmin etməsi, onların eyniləşdirilməsi, kataloqa salınması; həmçinin muzeylərdə, qalereyalarda və s. bədii məmulatların qorunması;
7. təbii fəlakətlər nəticəsində zədələnmiş incəsənət əsərlərinin bərpası və yenidən qurulması ilə bağlı bütün öhdəçiliklərin yerinə yetirilməsi;
8. landşaftın qorunması, ətraf mühütün qorunması üçün tədbirlərin keçirilməsi;
9. müxtəlif tipli məktəblərdə audio-vizual və mətn vasitələri ilə təlim;
10. konfrans, prezentasiya, sərgi, festival, ekspozisiya və müsabiqələrin keçirilməsi;
11. musiqi, teatr,bədii və sənədlı film, şəkil, rəssamlıq, əl işləri, qeyri-ənənəvi təbabət, xolistik elm və s. aid seminarların təşkili;
12. kütləvi informasiya vasitələri ilə fəaliyyətin, biblioqrafik müşavirələrin, başqa dillərə tərcümələrin yayılması,
13. italyan vətəndaşlarının xaricdə təhsil almasına, həmçinin xarici vətəndaşların bizim ölkədə təhsil almasında yardım;
14. oxşar təşkilat, fond, italyan qeyri-ənəvi təşkilatları, başka ölkələrinin fondları ilə birləşmə və protokolların razılaşması;
15. səyahətlərin planlaşdırılması;
16. informasiyanın nəşr olunması, internetdə jurnalın nəşri və yayılması;
17. rəsmi və qeyri-rəsmi təlim kurslarının keçirilməsi;
18. audio-vizual materialların istehsalı və əldə edilməsi ( CD-ROM, DVD, Audio CD və s.), VEB-TV, pod-kastinq ( radio və televiziya ilə bağlı olan veb-servis);
Maddə 6. İdarə heyəti beş üzvdən ibarətdir:
Prezident
Prezident müavini
Mədəniyyət üzrə direktor/ Elmi nümayəndə
Katib
Xəzinədar
İdarə heyətinin üzvləri ilk iclasda seçiləcək.
Maddə 7. İdarə heyətinin vəzifəsi:
- Assosiyasiyani inkişaf etdirmək;
- gündəlik vəzifələrini yerinə yetirmək və xüsusi vəzifələrinin yerinə yetirməsində cavabdeh olmaq;
- Avtoritetlərlə əlaqələri uzlaşdırmaq ( maddə 3.)
- Assosiyasiyani təmsil etmək.
Maddə 8. İclas üzvləri aşagıda göstərilən məsələləri həll etmək üçün ildə bir dəfə yığışacaq
- büdcənin müəyyən edilməsi, İdarə heyətinin hesabatlarına baxılması;
- üzvlük haqqı və ianənin müəyyən edilməsi;
- Assosiyasiyanın ümumi kursunun, müxtəlif sahələrdə keçirilən tədbirlərin ətraflı düşünülməsi və hazırlanması;
Fövqəladə iclas aşagıda göstərilən məqsəd üçün çagıralacaq:
- Maddələrin dəğişilməsinin müzakirəsi;
- Assosiyasiyanin buraxılması.
İlk iclasda qəbul edilmiş qərar səs çoxluğu ilə (50% ya 51%) həqiqi sayılacaq, ikinci iclasda qərarın qəbulu üçün səslərin 1/3 hissəsi, həmçinin etibarnamə ilə səs verən üzvlərin ümumi iclası kifayətdir.
Maddə 9. Assosiyasiya bütün məqsədlərinə nail olandan sonra ( ya da nail olmaq mümkün olmasa) fəaliyyətini dayandıracaq. Məqsədlərə nail olmaq ya da mümkün olmadığı təqdirdə əvvəlcədən İdarə heyətinin qətnaməsi ilə təsdiq edilməlidi. Assosiyasiyanın buraxılmasını elan edəndən sonra iclas üzvləri əmlaki ləğv etmək məqsədi ilə üç üzvdən ibarət olan İdarə heyətini təsdiq etməlidi.
Maddə 10. Verilmiş maddələrin həyata keçirilməsi ilə bağlı xüsusi qaydalar İdarə heyəti tərəfindən hazırlana bilər. İdarə heyəti maddələrin dəğişilməsi hüququna malikdir.
Maddə 11. Verilmiş maddələrə daxil olmamiş digər məsələlər qüvvədə olan milli qanunlar tərəfindən həll olunacaq.
KOLUÇÇELLO TONİNO – professional,
KOLUÇÇELLO ALDO – antropoloq,
KRİŞİ ROSSANA, kurator, BB. CC.,
BARRİÇELLA LUİZA, kurator, BB. CC.,
KOLUÇÇELLO PİETRO, analitik-planlaşdırıcı

















